AnalitikaGündəmİqtisadiyyatSiyasət

Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur

Hazırda iqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə çatıb. Bu artımı şərtləndirən əsas amillər arasında qeyri-neft sektorunun inkişafı, neft hasilatının azalması və işğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa işlərinin sürətləndirilməsi yer alır. İqtisadi şaxələnmə turizm, kənd təsərrüfatı və xidmət sektorlarında da özünü göstərir. Qlobal bazarlardakı qeyri-sabitlik Azərbaycan üçün müəyyən çağırışlar yaradır. Qlobal iqtisadi şəraitin qeyri-sabitliyi və inflyasiya riskləri Azərbaycan manatının dayanıqlığına təsir edə bilər. Bu çağırışları düzgün qiymətləndirmək və iqtisadi siyasətə uyğun addımlar atmaq vacibdir. Turizmin inkişafı üçün ciddi investisiyaların cəlb edilməsi, infrastrukturun təkmilləşdirilməsi və regionların bazara çıxış imkanlarının artırılması vacibdir. Bu, həm iqtisadi şaxələnməni gücləndirəcək, həm də qeyri-neft sektorunun artımını sürətləndirəcək. Azərbaycanın iqtisadi strategiyasının əsas hədəfi neft gəlirlərindən asılılığı minimuma endirmək və davamlı, ixracyönümlü iqtisadi model formalaşdırmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti və investisiya layihələri bu strategiyanın mühüm tərkib hissəsidir.
Liberal iqtisadi model və ixracyönümlü siyasət sayəsində qeyri-neft sektorunun payının artırılması və davamlı artım təmin olunması mümkündür”. Bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, 7 illik güzəştlərə əsaslanan və qeyri-neft sektorunda məşğulluğun stimullaşdırılmasına yönəlmiş vergi islahatları həlledici rol oynayıb. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda dövlətin əsas hədəfinin – qeyri-neft özəl sektorunda dayanıqlı məşğulluq və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button