AnalitikaGündəmSiyasət

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında mühüm rol oynayır

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı  potensial kadrların hazırlığından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında mühüm rol oynayır. Onlar ölkəmiz üçün yararlı olan işləri icra edirlər. Müasir dövrdə gənclər bir çox sahələrdə aparıcı rola malikdir. Bunun bariz nümunəsi olaraq beynəlxalq tədbir və yarışlarda gənclərin fəal şəkildə iştirakını göstərmək olar. Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə ölkəmizin rifahının yüksəldilməsinə tövhə vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Könüllülük fəaliyyətinin əhatə etdiyi sahələr genişdir. Belə ki könüllülər sosial, siyasi, iqtisadi, idman sahələrində fəaliyyət göstərirlər. Gənclərimiz ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision – 2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017 –ci il  ıv İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışlarında misilsiz rol oynayıblar.

Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildə Prezident Sərəncamı ilə 2 fevral günü Azərbaycanda gənclər günü kimi  qeyd olunmağa başladı. Elə buna görə də bugün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intelektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin yüksəlişini, gənclərə olan diqqət və qayğını ehtiram hissi ilə qarşılayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu təşəbbüs bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gəncliyimizin inkişafına təkan vermişdir. Prezident İlham Əliyev 2007-ci ili “Gənclər ili”elan etmişdir. Bu ildə Prezident İlham Əliyev  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı.

Tezisimi Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında fikirləri ilə yekunlaşdırmaq istəyirəm. Bizim xalqımızın gələcəyi gənclərdir. Onlar gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək elmə, biliyə, şüura malik olsunlar. Bunlar hamısı bir – biri ilə sıx bağlıdır. Ümumilli lider Heydər Əliyev gənclər haqqında : Məni hədsiz dərəcədə sevindirən odur ki Azərbaycanın gələcəyini möhkəm llərdə saxlaya bilən, Azərbaycanı dövlət müstəqilliyini qoruya bilən gəncliyi var. Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə təbrik edirik.

Əmirova Kəmalə,
Füzuli Gözəlov adına 124 №-li Tam Orta Məktəb, müəllim

Oxşar Xəbərlər

Back to top button