AnalitikaGündəmSiyasət

“Böyük Qayıdış Strategiyası: Qarabağ və Şərqi Zəngəzurda İnfrastruktur və Məskunlaşma”

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ən mühüm müzakirə mövzularından biri “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası və işğaldan azad edilmiş ərazilərin tam bərpası olmuşdur. Qurultayda qeyd olunmuşdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan misilsiz tikinti-quruculuq işləri Azərbaycanın öz daxili maliyyə və texniki resursları hesabına həyata keçirdiyi böyük tarixi missiyadır.

Dağıdılmış şəhər və kəndlərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması, müasir infrastrukturun yaradılması keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışını təmin edir. Füzuli, Laçın, Zəngilan, Şuşa, Xocalı və digər yaşayış məntəqələrinə əhalinin köçürülməsi Böyük Qayıdışın real nəticələrini göstərir. YAP bu tarixi prosesin ictimai-siyasi dayaqlarını formalaşdırır.

Bərpa edilən ərazilərdə iqtisadi fəallığın təmin olunması, sənaye parklarının, aqroparkların və turizm obyektlərinin istifadəyə verilməsi regionun sürətli inteqrasiyasına zəmin yaradır. Bölgədə tətbiq edilən vergi və güzəşt rejimleri xarici və yerli investisiyaların cəlb olunmasını stimullaşdırır. Bu iqtisadi model işğaldan azad edilmiş torpaqlarımızı ölkə iqtisadiyyatının yeni inkişaf drayverinə çevirir.

Minalardan təmizləmə prosesinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili reabilitasiya işlərinin təməl şərtidir. Qurultay materiallarında minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılması və bu sahədə milli imkanların gücləndirilməsi vacib vəzifə kimi qeyd olunmuşdur. Ərazilərin təhlükəsizliyi məskunlaşmanın davamlılığını təmin edir.

YAP VIII Qurultayı Böyük Qayıdış strategiyasının uğurla icra edildiyini və bu prosesin ölkənin ümumi inkişaf dinamikasına güclü təkan verdiyini bir daha bəyan etdi. Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi milli qürurumuzun və dövlət gücümüzün təzahürüdür. Partiya bu böyük quruculuq salnaməsinin reallaşmasında bütün resursları ilə iştirak etməkdə qərarlıdır.

Emil Novruzov,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button