AnalitikaGündəm

Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək

Dünyaya dostluğun, qardaşlığın və müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi mətbuat sahəsində də özünün aydın ifadəsini tapdı. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edildi. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir. Ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu da reallıqlarımızın təbliği istiqamətində atılan addımların tərkib hissələrindəndir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixdə qalıb. Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən beynəlxalq əhəmiyyətli tədbirin artıq ənənəyə çevrilərək mədəniyyət paytaxtımız Şuşada keçirilməsinin əhəmiyyəti aydındır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə Forumların müntəzəm keçirilməsi özündə vacib məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi məsələsinə yönəltdi. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışları aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali – bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Prezident İlham Əliyev bildirdi ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tuturuq. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək. İkinci Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin sülh və yeni əməkdaşlıq çağırışları əsas yer tutdu. Sülh müqaviləsinin imzalanması bölgəyə dayanıqlı sülh və təhlükəsizlik gətirəcək ki, bu da əməkdaşlığın coğrafiyasının genişlənməsini şərtləndirəcək. Forumda aparılan müzakirələr gələcək üçün ideya, istiqamət oldu.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button