
Argentinanın “Boka Xuniors” komandasının baş məşqçisi Migel Anxel Russo vəfat edib.
“Globalnews.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis 69 yaşında həyatını itirib.
Yayda komandanın baş məşqçisi təyin olunan Migel Anxel Russo bu həftə səhhətində yararnan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Miger Anxel Russo 2007-ci ildə və 2020/2021 mövsümündə də bu komandada işləyib.