AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Birlikdə Atılan Qətiyyətli Addımlar

Birlikdə atılan addımlar hər zaman böyük nəticələr verir. Zəfər Günü milyonlarla insanın eyni istiqamətdə, eyni amal uğrunda birlikdə addımlamasının təntənəsidir. Fərqli düşüncələrin və yolların tək bir hədəfə – Vətənin azadlığına köklənməsi qeyri-mümkünü mümkün etdi.

Bu birlik hissəsi hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. İnsanlar hiss etdilər ki, tək olanda deyil, birlikdə olanda daha güclüdürlər. Bu həmrəylik hər cür sınaqdan uğurla çıxmağa kömək etdi.

Birlikdə atılan addımlar həm də gələcəyə inamla baxmağa imkan verir. Qalib xalq olaraq bundan sonra da hər bir işdə birlik nümayiş etdirmək əsas prinsipimizdir. Gücümüz birliyimizdədir.

Zəfər Günü həmin birlikdə atılan qətiyyətli addımların bayramıdır. Bu birlik əbədi olaraq qorunub saxlanılacaqdır.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button