GündəmSiyasət

Bir sıra dövlət qurumları Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı təkliflər hazırlayacaq

Bir sıra dövlət qurumları Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazıralayacaq.

Globalnews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Belə ki, Dövlət Turizm Agentliyi Xarici İşlər, Ədliyyə, Maliyyə nazirlikləri, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla sözügedən məsələ ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Oxşar Xəbərlər

Back to top button