GündəmAnalitikaSiyasət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Prezidentin bu gün imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Globalnews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, R.İsmayılov 2024-cü ilin avqustundan nazirlikdə nazirin birinci müavini vəzifəsini tuturdu. O həmin təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad İsmayılov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2000-2006-cı illərdə özəl şirkətlərdə hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələri tutub.

2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri postu ötən ilin fevralın 5-dən boş idi.

Oxşar Xəbərlər

Back to top button