
Əzəldən Azərbaycan xalqı qonaqpərvər, qonağa hörmət, dosta sədaqət və səxavət göstərən bir ölkə olmuşdur. Ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq Azərbaycan xalqının qanındadır. 7 may 2025-ci ildə Vyetnam Sosialist Respublikası Komunist Partiyasının məkəzi komitəsinin Baş katibi To Lamin Azərbaycana səfər etmişdir. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi yer tutur. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxması deməkdir. Yüksək pilləyə qalxma gələcəkdə ikitərəfli əməkdaşlıq üçün ən vacib ünsürlərdən biridir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri zamanı apardığı danışıqlar, əməkdaşlıq və sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır.
İki ölkə rəhbərlərinin səyləri nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq həyata keçirilir. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr əsasında yaxın gələcəkdə bu sahədə əməkdaşlığı daha da genişləndirəcəklər. Beləliklə, həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Artıq əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılı olduğu bildirildi. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Təbii ki, bu ticarət dövriyyəsinin daha da formalaşdırılması üçün qarşılıqlı informasiya mübadiləsi lazımdır. Ölkələrimizdə yüksək səviyyədə həyata keçirilən investisiya imkanları , qaydaları, qanunvericilik bazası, vergi inzibatçılığı bir sözlə, bütün bu məsələlər biznes dairələri üçün böyük əhəmiyyətə malikdir. Belə olduğu halda əlbəttə ki, ticarət dövriyyəsi təkcə neft sahəsində deyil digər sahələrdə də öz əksini tapacaqdır.
Ümumiyyətlə, müdafiə sənayesi sahəsində çox böyük perspektivlərin olması hər iki ölkədə sənayenin belə bir istiqaməti kifayət qədər inkişaf etmişdir. Hər iki ölkə rəhbərlərinin səylərinin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq əvəzolunmaz qənaətlərə gətirib çıxarır.
Beləliklə, iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti yüksək dərəcədə ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə də bu dəstəklənmə yüksək qarşılanmışdır. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərilməkdədir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağını daha da artırmışdır.
Ölkə rəhbərləri eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardı və burada da heç bir fikir ayrılığı olmadıqı qeyd olundu. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapacağı göstərildi. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunacağı qeyd olundu.
Ölkələr arasında bir çox istiqamətlər üzrə aparılan müzakirələr əsnasında fikir ayrılığı olmadığı nəzərə alındı. İki ölkə rəhbərləri arasında nəqliyyat infrastruktur layihələri haqqında fikir mübadiləsi oldu. Burada həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti əlaqələrinin stimullaşdırılması bir sözlə, səfərin çox gözəl nəticələr əldə edəcəyini vurğuladı. Bu səfərin mükəmməl nəticələr əldə etməsi gələn qonağı davamlı səfərlər etməyə ruhlandırdı.
Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etmişdir ki, Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaqdır.
Beləliklə, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətləri bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcəkdir.
Orucova Aybəniz
Xəzər rayonu, 323 №li tam orta məktəbİn təşkilatçısı