AnalitikaGündəmSiyasət

Beynəlxalq forum Azərbaycanın xarici siyasət kursunun aydın və prinsipial xəttini göstərdi

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilmişdir. Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məsələlərə toxunmuş, çox əhəmiyyətli fikirlər səsləndirmişdir. Xüsusilə, son günlərdə Almaniya prezidentinin ölkəmizə səfəri barədə fikir bildirən cənab İlham Əliyev, bu səfərin iki ölkə arasındakı münasibətlərə verəcəyi tövhəni xüsusi vurğulamışdır:

“Səfər  çox uğurlu idi. Prezident Ştaynmayer və mən bir-birimizi çoxdan tanıyırıq, onun xarici işlər naziri olduğu illərdən bəri təmasdayıq, o, bir neçə dəfə buraya səfər edib. Keçən il biz Berlində görüşdük, onunla ünsiyyətdə olmaq çox xoş idi. O, çox bacarıqlı siyasətçi və böyük dövlət xadimidir. Alman xalqı onunla fəxr edə bilər. Səfərin məzmunu və formasına gəldikdə isə mətbuatda əks olunduğu kimi, hamı gördü, çox səmimi, mədəni proqramla müşayiət olunan yaxşı səfər idi. Bizim müxtəlif məsələləri müzakirə etmək üçün kifayət qədər vaxtımız oldu. Əlbəttə ki, işgüzar sahədə əməkdaşlığımızın mahiyyəti çox genişdir və biz bu səfəri, yeri gəlmişkən, Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Beləliklə, hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Ona görə də hesab edirəm ki, bu, həm də ölkələrimizin işgüzar dairələrinə ikitərəfli istiqamətdə daha fəal işləmək üçün yaxşı mesajdır. Həmçinin Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin. Çünki bilirsiniz, Avropa İttifaqında Azərbaycana qarşı çox pis əməllər törədən, heç bir əsası olmadan özünü lider kimi göstərən bir ölkə var. Avropanın aparıcı iqtisadiyyatı, aparıcı siyasi qüvvəsi Almaniyadır. Ona görə də ümid edirəm ki, Avropa İttifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək.”

Tamerlan Qurbanov,
YAP Siyəzən RT məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button