Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır
Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılıb. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir.Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbrik edən İlham Əliyev onun qısa müddət sonra Azərbaycana səfər etməsinin əhəmiyyətini vurğulayıb. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq.“Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq”, deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Türkiyə Prezidenti iki ölkə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan müttəfiqlik haqqında bəyannamənin tarixi önəmini qeyd edərək bildirib ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq”. Şuşadakı baş konsulluğumuz Ermənistan da daxil olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq. Türkiyə və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəyini deyən İlham Əliyev bildirib ki, bu birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışılıb. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük.
Azərbaycan Prezidenti vurğulayıb ki, bugünkü dünyada güc amili ön plana çıxır.Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.İki ölkənin ticarət dövriyyəsinin də sürətlə artaraq 6 milyard dollara yaxınlaşdığını diqqətə çatdıran İlham Əliyev bildirib ki, birgə həyata keçirəcəyimiz layihələr, xüsusilə enerji sahəsində işbirliyi bunu daha da artıracaq. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. İki qardaş dövlət arasında enerji sahəsində əməkdaşlığın Avropanın enerji təhlükəsizliyi Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Qardaş ölkənin Prezidenti çıxışında bir çox mühüm məqamlara toxunub. Şuşa Bəyannaməsinin müddəaları bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Hər bir azərbaycanlının bu qardaşlığın əbədi olacağına inamı tamdır. Yaşasın Türkiyə- Azərbaycan dostluğu, qardaşlığı!
Aynur Həsənova,
YAP-ın gənc fəalı