2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, mina qurbanlarından 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Baş prokuror, həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək 382 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.