Siyasət

Baş nazir Əli Əsədov Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırdı.

Bildirildi ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulandı.

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edildi.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulandı.

Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edildi.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparıldı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button