Azərbaycan daha bir mötəbər tədbirlə dünya arenasında öz sözünü dedi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsi, dünyanın 200-ə yaxın ölkəsindən rəsmi şəxslərin bu tədbirdə iştirak etməsi mühüm hadisədir. Tədbir çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar və əldə olunan razılaşmalar dünyanın ekoloji problemlərinin həllinə yönəlib ki, bu razılaşmada rəsmi Bakının rolu böyükdür.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir. Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər. Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.
Növbəti 5 il Azərbaycan bu mötəbər tədbir zamanı əldə olunan razılaşmaların reallaşması, dünyanın ekoloji problemlərinin həlli, iqlim maliyyələşməsi və digər məsələlərin həllində ciddi addımlar atacaq. Eyni zamanda ölkəmizə təşrif buyuran hökumət və dövlət nümayəndələri, QHT və jurnalistlərin ölkəmiz haqqında müsbət təssuratları onu deməyə əsas verir ki, Azərbaycan elokoji tarazlığın qorunması ilə yanaşı regionda siyasi söz sahibidir və əldə olunan uğurlar Cənab Prezident İlham Əliyevin təntənəli qələbəsidir. Bu qələbə nəinki Azərbaycana eyni zamanda regiona öz müsbət töhfəsini verəcək. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.
Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı