AnalitikaGündəmSiyasət

Bakı və Brüssel xəttində yeni mərhələ: İlham Əliyev – Ursula fon der Lyayen görüşü

iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında geniş tərkibdə tarixi əhəmiyyətli görüş keçirildi. Danışıqlarda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos da iştirak edirdi.

Təkbətək görüşdən sonra Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuat önündə rəsmi açıqlamaverdilər. Bakıda keçirilən görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri, Nəqliyyat və bağlantı əməkdaşlığı, Enerji və Yaşıl dəhliz kimi mühüm mövzular müzakirə edilərək, bir çox məsələlərdə razılaşmalar əldə edildi.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevi Ermənistanla tarixi sülh sazişinin təşəbbüskarı olmasını, həmçinin regionda əməkdaşlığı təşviq etməsini yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev görüş zamanı Ursula fon der Lyayenə Azərbaycan ilə Ermənistan arasında ikitərəfli ticarətin başlaması, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı, eyni zamanda üçüncü ölkələrdən Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranziti haqqında da geniş məlumat verdi. Ursula fon der Lyayen görüş zamanı qeyd etdi ki, “Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır”. Daha sonra Ursula fon der Lyayen Prezident İlham Əliyevi “tarixi sülh sazişini parafladığına görə” təbrik etdi.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan münasibətlərinə toxunaraq qeyd etdi ki: “Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub. Onun faydalarını artıq görürük. Sülhün sadəcə kağız üzərində qalmadığını və gündəlik həyatda hiss edildiyini göstərmək üçün müəyyən addımlar da atılır”.

Ursula fon der Lyayen qeyd etdi ki, “Avropa İttifaqı regionda sülhün möhkəmlənməsi, sərhədyanı bölgələrdə səhiyyənin inkişafı, kənd təsərrüfatı və humanitar mina təmizləmə fəaliyyətlərinə dəstək məqsədilə 20 milyon avro dəyərində yeni proqram elan etmişdir. Bundan başqa Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat və infrastruktur layihələrini dəstəkləmək üçün də ayrıca 200 milyon avroyadək investisiya paketi ayırmışdır.

Prezident İlham Əliyev və Ursula fon der Lyayenin Bakı dialoqu zamanı tərəflər rəsmi olaraq Avropa İttifaqı – Azərbaycan bağlantı tərəfdaşlığı təşəbbüsünü irəli sürdülər ki, bu çərçivədə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirəcək regional layihələrə investisiya cəlb etmək üçün Bakıda beynəlxalq konfransın keçirilməsi planlaşdırıldı. Bundan başqa görüş zamanı Prezidentlər arasında Şərq-Qərb marşrutunda Bakı limanının genişləndirilməsi və Naxçıvandan keçən dəmir yolu xəttinin regional bağlantı inteqrasiyasına daxil edilməsi də müzakirə edildi.

Avropa İttifaqı rəhbəri Avropanın enerji böhranı zamanı Azərbaycanın qaz tədarükünü artıraraq etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı. Qeyd etmək yerinə düşər ki, hazırda Avropa İttifaqının 10 üzvü məhz Azərbaycandan qaz alırlar.

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında baş tutan görüş zamanı Xəzər dənizindəki külək enerjisi potensialı və Azərbaycanı birbaşa Avropa İttifaqı ilə bağlayacaq “Yaşıl Enerji Dəhlizi” layihəsi məsələsinə də münasibət bildirildi.

Bakı dialoqu zamanı tərəflər Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olduğu da nəzərə çatdırıldı, ikitərəfli əlaqələrin hüquqi müstəvidə daha da möhkəmləndiriləcək yeni Hərtərəfli Saziş üzrə dayandırılmış danışıqların yenidən bərpa ediləcəyi bildiridi. Prezident İlham Əliyev qeyd etdi ki, “Azərbaycan Avropa komissiyası ilə əməkdaşlığa böyük önəm verir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət əməkdaşıdır”.

Bu görüş Azərbaycanın təkcə enerji resursları ixracatçısı deyil, həmçinin Avrasiya coğrafiyasında mühüm logistik mərkəz və sülhün təminatçı rolunu da möhkəmləndirdi.

Mədinə Əhmədova ,
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button