Gündəm

Azərbaycanla Ukrayna arasında hərbi- texniki əməkdaşlığın yeni mərhələsi

Hələ Xalq Cümhuriyyəti dövründə başlayan Azərbaycan və Ukrayna arasında siyasi münasibətlər, müstəqilliyimizin ilk illərindən bərpa edilərək bu gün də çoxşaxəli şəkildə davam edir. Bu məqalədə dövlətlərimiz arasında hərbi- texniki əlaqələrin xüsusiyyətləri barədə bəhs edəcəyəm.

Azərbaycan və Ukrayna arasında hərbi və hərbi-texniki əməkdaşlıq müstəqilliyin ilk zamanlarından- 1992- ci ildən başlayaraq hər zaman fəal xüsusiyyətdaşıyıb.Qeyd etmək lazımdır ki, Ukrayna uzun illər boyu Azərbaycanın əsas silah tədarükçülərindən biri olmuşdur. 1990-cı illərin əvvəllərində Ukraynadan gələn silah tədarükü cəbhədəki vəziyyətin sabitləşməsində mühüm rol oynayıb. Dövlətlərimiz GUAM təşkilatı çərçivəsində hərbi-siyasi əməkdaşlıq və enerji kəmərlərinin qorunması üzrə birgə təlimlər keçirilmişdir.Buna misal olaraq, Bakı-Supsa boru kəmərinin mühafizəsi təlimini deyə bilərik. Bundan başqa, hərbi əməkdaşlığın əsasını 1997-ci ildə imzalanmış “Hərbi-texniki əməkdaşlıq haqqında” saziş və 2000-ci il tarixli “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” Müqavilə təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və 44 günlük müharibə zamanı bu mövqeyi rəsmən ifadə edib. Azərbaycan isə öz növbəsində Ukraynaya mütəmadi olaraq humanitar və enerji yardımı göstərməkdədir.

Bir neçə gün öncə,yəni  25 aprel 2026-cı il tarixində Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq Qəbələdə imzalanmış 6 yeni strateji sənəd ilə rəsmiləşdirilərək daha dərin mərhələyə keçmişdir. Bu sənədlər hərbi sənaye, təhlükəsizlik və birgə texnoloji inkişaf sahələrini əhatə edir. Hər iki ölkədə hərbnayesinin sürətli inkişafı müstəvisində silah və hərbi texnikanın birgə istehsalını vacib amil olaraq qeyd edib. Xüsusilə, dron texnologiyaları və zirehli texnika təmiri sahəsində birgə müəssisələrin qurulması planlaşdırılır. Hazırda ukraynalı hərbi mütəxəssislərdən ibarət qrup Azərbaycandadır və hava hücumundan müdafiə həmçinin qorunması sahəsində yerli tərəfdaşlara dəstək göstərirlər. Tərəflər arasında radioelektron mübarizə və “anti-dron” vasitələrinin birgə hazırlanması və istehsalı üzrə geniş müzakirələr aparılıb. Prezident Zelenski Azərbaycanın gələcək sülh danışıqları üçün uyğun platforma ola biləcəyini və hərbi-təhlükəsizlik əməkdaşlığının regionda sabitliyə xidmət etdiyini vurğulayıb. Hər iki ölkə müdafiə sənayesi sahəsində ciddi nailiyyətlər əldə edib. Ukraynanın müharibə şəraitində sınaqdan çıxmış PUA və hava hücumundan müdafiə təcrübəsi ilə Azərbaycanın bu sahədəki texnoloji bazasının birləşməsi birgə istehsal üçün geniş imkanlar yaradır.

Həmçinin, İki ölkə arasındakı tərəfdaşlıq Qara dəniz və Xəzər bölgəsində təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm amildir. Bu əməkdaşlıq beynəlxalq hüquq qaydalarına, xüsusilə suverenlik və ərazi bütövlüyü söykənən ədalətli nizamın qorunmasına xidmət edir. Ukraynalı hərbi mütəxəssislərin Azərbaycandakı fəaliyyəti yerli kadrların hazırlanması və yeni müdafiə sistemlərinin tətbiqi baxımından əvəzsizdir.

Azərbaycan və Ukrayna arasında hərbi münasibətlərin əhəmiyyəti həm yerli təhlükəsizlik, həm də strateji və texnoloji tərəfdaşlıq baxımından müstəsna rol oynayır. 2026-cı ilin aprelində Qəbələdə keçirilən son dövlət başçıları görüşü bu əlaqələrin yeni mərhələyə keçdiyini təsdiqləyib. Bu münasibətlər təkcə hərbi texnika alış-verişi deyil, həm də gələcək sülh və təhlükəsizlik təməlinin qurulmasında hər iki ölkə üçün ciddi gəlir mənbəyidir.

Abbasova Zümrüd, Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

 

 

Oxşar Xəbərlər

Back to top button