AnalitikaGündəmSiyasət

Azərbaycanın uğurları regionda sabitlik üçün zəmin yaradıb

Tarix boyunca Cənubi Qafqaz öz mürəkkəb etnik, dini və siyasi tərkibi ilə daim münaqişələrin mərkəzi olub. Müxtəlif imperiyaların sərhədlərinin kəsişdiyi bu region, həm də yerli xalqların bir-biri ilə uzunmüddətli rəqabətinin və narazılıqlarının arenasına çevrilib. Ərazi iddiaları və suverenlik məsələləri, xüsusilə son onilliklərdə, bölgədə dərin qarşıdurmalara səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında bu tarixi gerçəkliyə xüsusi vurğu edilir. O, qeyd edir ki, Ermənistanın təcavüzkar siyasəti regionda sabitliyin pozulmasına və etimadın itirilməsinə başlıca səbəblərdən biri olub. Lakin son illərdə əldə edilən hərbi və diplomatik uğurlar nəticəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməyib, həm də Cənubi Qafqazda yeni reallıq yaradıb – əməkdaşlıq və inteqrasiya üçün əsaslı zəmin formalaşdırıb.

Bu gün region qarşıdurma keçmişi ilə yanaşı, həm də gələcək əməkdaşlığın potensialı ilə seçilir. Əgər tərəflər səmimi siyasi iradə nümayiş etdirsələr, bu coğrafiya düşmənçiliyin deyil, əməkdaşlıq və inkişafın nümunəsinə çevrilə bilər. Bu baxımdan Azərbaycanın təşəbbüsləri və çağırışları regional münasibətlərin müsbət məcraya yönəlməsi üçün mühüm əhəmiyyət daşıyır.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button