AnalitikaGündəmSiyasət

Azərbaycanın təşəbbüsləri regional münasibətlərə müsbət təsir göstərir

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu və əldə etdiyi nəticələr, ölkənin strateji idarəetmə modelinin effektivliyini göstərir. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin uğurla icrası və enerji sahəsində beynəlxalq tərəfdaşlıqların qurulması bu təcrübənin mühüm tərkib hissələridir. Bu uğurlar təsadüfi deyil məqsədyönlü siyasətin və sistemli yanaşmanın məntiqi nəticəsidir. Azərbaycanın təşəbbüsləri regional münasibətlərə müsbət təsir göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasətin düzgünlüyü həm daxildə, həm də beynəlxalq aləmdə qəbul olunur. Qarabağın azad olunması, ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə sürətli bərpa işlərinin həyata keçirilməsi, Azərbaycanın milli maraqlarını dəqiq və qətiyyətlə təmin etdiyini sübut edir. Bu təcrübə təkcə hərbi və siyasi uğur deyil, həm də milli iradənin gücünün nümayişidir.

Dünya təcrübəsində az sayda ölkə öz qarşısına qoyduğu strateji məqsədləri bu qədər dəqiqliklə və ardıcıllıqla reallaşdıra bilmişdir. Azərbaycanın bu baxımdan formalaşdırdığı təcrübə, yalnız ölkə daxilində deyil, regionda da sabitlik və əməkdaşlıq üçün nümunəvi model kimi çıxış edir. Bu uğurlar təsdiq edir ki, düzgün yol seçildikdə, nəticə mütləq gəlir.

Ağadadaş Həsənalıyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button