Analitika

Azərbaycanın SPECA-da liderliyi

Tarixin özü qədər qədim diyarım, başının çəkmədiyi müsibətlər və qirğınlar qalmayan vətənim. Zaman-zaman yadellilər tərəfindən incinsən də, heçvaxt sınmayan, əyilməyən diyarım. Müxtəlif tarixi dövrlərdə hər zaman beynəlxalq aləmin bir hissəsi olmağa can atmısan. Tarixə qısaca nəzər yetirsək, hələ 15-ci əsrdə mövcüd olmuş Bayandurlu dövləti, həmçinin onun xələfi olan Səfəvi imperatorluğunun dövründə Moğol imperatorluğu, Rus çarlığı, Venesiya, və digər Avropa ölkələri ilə saxlanılan əlaqələri xatırlatmaq olar. Müstəqil dövlətimizin sələfi olan AXC dövründə fəaliyyətinin de-fakto tanınması ilə Azərbaycan ilk dəfə beynəlxaq aləmin tam hüquqlu üzvünə çevrilmişdir.

Müasir dövrdə də öz tarixi köklərinə sadiq qalan Azərbaycan beynəlxalq aləmin tam hüquqlu üzvü kimi fəaliyyət göstərir. Müstəqilliyimizin bərpasının ilk aylarından bu məsələni öz xarici siyasətinin ana xətti hesab etmişdir. Belə ku, 1991-ci il dekabr da İslam Konfransı Təşkilatına, 1992- ci il fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, 1992-ci ilin martında BMT-yə üzv olmağımız buna əyani sübutdur. Amma ən böyük inteqrasiyamız Ümumilli lider Heydər Əliyevin dövründə baş verib desək, yanılmarıq. Məhz onun rəhbərliyi altında GUAM, Avropa Şurasına üzv qəbul olunmuşuq. Böyük siyasi gücün nəticəsində AŞPA Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul etmişdir.

Heydər Əliyev siyasi məktəbinin davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi dövründə respublikamız dünyanın və regionun ən nüfuzlu beynəlxalq təşkilatlarına nəninki üzv oldu, həmçinin çox uğurlu şəkildə onun sədrinə çevrildi. SPECA son illər Azərbaycanın xarici siyasətinin uğurlu addımlarından biridir desək yanılmarıq. Təşkilata üzv olan respublikalar-Qazaxıstan, Tacikistan, Qırğıstan, Türkmənistan, Özbəkistan və Azərbaycan bir çox sahələrdə uğurlu və davamlı əməkdaşlığı sürdürürlər. Çoxəsrlik tarixə malik bu əlaqələr bugun dəyişən siyasi mənzələr fonunda özünə məxsus şəkildə inkişaf edir.

Düşənbə görüşünün məntiqi davamı olan Bakı görüşündə bir çox beynəlxalq məsələlər müzkirə edilmiş, ölkələrimiz arası əməkdaşlığı daha da inkişaf etdiriləcəklərinə əminlik vurğulanıb. Üzv dövlətlərin heçbiri yenicə müstəqillik qazanan ölkə deyil. Hər bir ölkə regionunda söz sahibidir və uzun inkişaf dövrü keçmişdir. Xüsusilə Azərbaycan 30 ilə yaxın susdurulmağa məcbur edilsə də, öz potensialı hesabına tarixi ədaləti bərpa edərək torpaqlarını işğal və separatizmdən azad etməyi bacarmışdır. Bunun fonunda riyakarlıq simvolu olan Ermənistan kimi dövlətlərin öz müstəqil xarici siyasətləri olmadıqlarına görə bütün məsələlərdən kənarda qaldıqları kimi bundan da özlərini təcrid ediblər.

SPECA uğurla davam edir. Son Bakı görüşünə İlham Əliyevin şəxsən dəvəti ilə Gürcüstan Və Macarıstanın baş nazirlənin, həmçinin, Körfəz Əməkdaşlıq Şürasının baş katibinin fəxri qonaq qismində iştirak etmələri gələcək perspektivlərin uğurlu olacağından xəbər verir. SPECA üzvləri həmçinin Böyük Qayıdışa dəstək verən ilk dövlətlərdən biri oldukar. Belə ki, bu ilin avqust ayında Füzulidə Özbəkistanın 960 nəfərlik hədiyyəsi olan məktəb açılışı olub. Həmçinin Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adlı yaradıcıllq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn ilə təhvil veriləcək. Beləliklə göründüyü kimi bu təşkilatda həm çoxtərəfli həm də, ikitərəfli münasibətlər yalnız yüksələn xətlə inkişaf edir.

Məmmədova Aysel,
Xəzər rayonu, 136 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button