Analitika

Azərbaycanın sərvətlərinin qanunsuz istismarı yol verilməzdir

Artıq bir neçə gündür ki Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloqların  etiraz aksiyaları davam edir. Hal-hazırda davam edən bu aksiyaya beynəlxaq içtimaiyyət biganə yanaşır və susurlar.

Bu gün  dünyaya bəyan etmək istəyirik ki, bizim illərlə talan edilmiş yer altı və yer üstü sərvətlərimiz ermənilər tərəfindən talan edilir. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, Azərbaycan Respublikası qanunvericiliyi əsasında reallaşdırılmalıdır. Aksiyada şuarlar səsləndirərək haqlı səsimizi eşitdirirk , sərvətlərimizi qorumağa çalışıb və çağırış edirik.

Bizim öz haqlı aksiyalarımızda beynəlxalq içtimaiyyətin niyə susduqları da məlumdur. İstismar olunan, qeyri-qanuni daşınan sərvətlərimizə tələb manitorinqlərin keçirilməsidir. Aksiyanın məqsədinin başqa cür səsləndirən erməni tərəfi isə, bizim yolu bağlamağımızın orada yaşayanların qida və digər təminatlarının, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları yalandır. Bu cür yanaşmağın düzgün olmadığı məlumdur. Laçın yolu Azərbaycanlı etirazçılar tərəfindən deyil ,sülhməramlılar tərəfindən bağlı olduğunu hər kəs görür. Hər zaman Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etmişdir. Erməni tərfinin bunu bu cür manipulyasiya etməkləri bizə yad deyil.

Məqsədimiz sülhə nail olmaqdır. Sülhməramlıların məqsədi isə yolu kəsərək öz ərazimizə daxil olmamağa dəstək verməkdir. Sülhməramlıların məqsədi bizim oraya daxil olmamığımızdır. Dünya bunu görməli ,haqlı aksiyamızda bizə dəstək verməlidirlər. Bunu belə adlandırmaq olar ki, atılan addım onlara sərf edir. Hal-hazırda oradan dünyaya mesaj vermək üçün insanlar aksiyada iştirak edir.

Azərbaycana qarşı bu addımlar yol verilməzdir. Bizim istəyimizə çatmağımızı səbirlə gözləyirik. Xalqımızın birliyi Şuşa yolunda görünür. Yenə biz bir yumruq kimi birləşib, sülhü tələb edirik. Azərbaycanın atdığı bütün addımlar daha inamlı və daha qətiyyətlidir!

Əliyeva Tünzalə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button