AnalitikaGündəmSiyasət

Azərbaycanın qaz təchizatının artması, enerji təhlükəsizliyini gücləndirir

Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti artıq yeni mərhələyə keçidi zəruri edir: bu da qaz boru kəməri sisteminin genişləndirilməsidir. Prezident İlham Əliyevin “birgə səylər haqqında düşünməliyik” çağırışı, təkcə texniki yenilənməni deyil, həm də siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsini ehtiva edir. Bu gün regional və qlobal enerji təhlükəsizliyi məsələləri yeni yanaşmalar tələb edir.

Sistemlərin sadəcə genişləndirilməsi kifayət deyil – onları çevik, adaptiv və müasir standartlara uyğun hala gətirmək vacibdir. Bu isə ancaq qarşılıqlı razılaşma və tərəfdaşlıqla mümkündür. İclasda iştirak edən dövlətlərin nümayəndələri bu baxışa dəstək göstərərək, potensial genişlənmənin həm texniki, həm də geosiyasi əhəmiyyətini vurğuladılar.

Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən bu çağırış əslində enerji diplomatiyasının növbəti mərhələsidir. Artıq məsələ yalnız tədarük və ixrac deyil, infrastrukturun vahid sistemə çevrilməsi və gələcək nəsillər üçün dayanıqlı enerji təminatının qurulmasıdır.

Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button