AnalitikaGündəmSiyasət

Azərbaycanın qarşıdakı dövr üçün inkişaf strategiyası çoxşaxəlidir

Güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Müasir dövrdə qlobal iqtisadi sistemin sürətlə dəyişdiyi, geosiyasi və geoiqtisadi proseslərin yeni reallıqlar formalaşdırdığı bir şəraitdə dövlətlərin qarşısında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılması və yeni inkişaf mənbələrinin müəyyənləşdirilməsi kimi mühüm vəzifələr dayanır. Belə bir şəraitdə siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti, enerji və nəqliyyat infrastrukturu, insan kapitalı və innovativ texnologiyalar investisiya qərarlarının əsas amillərinə çevrilir.

     Bu gün dünyada bütün qlobal problemləri və eləcə də digər məsələlərin hamısını iqtisadiyyatı güclü olan dövlətlər həll edirlər. Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik – bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz.

      30 illik işğala son qoyaraq öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan, bu gün həm də iqtisadi suverenliyin və inkişafın nümunəsini göstərir. Dövlətimizin 30 il əvvəl imzaladığı müqavilələrə sədaqəti, investorların hüquqlarını tam qoruması və sabit vergi-hüquq mühiti ölkəmizin etibarlı tərəfdaşimicini daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiyi dərin təhlil və gələcəyə hədəflənmiştezislər göstərir ki, Azərbaycan son 20 ildə formalaşdırdığı dayanıqlı iqtisadi bünövrəyə söykənərək, keyfiyyətcə yeni inkişaf və şaxələnmə mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev çıxışında böyük kapitalı təmsil edən investorların feyk xəbərlərə inanmamasının vacibliyini də vurğulayıb. Bu yanaşma investisiya qərarlarının etibarlı və obyektiv informasiya əsasında qəbul edilməsinin əhəmiyyətini göstərir.Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərini və investisiya potensialını nümayiş etdirən mühüm platforma kimi çıxış edir. Enerji, logistika, mədənçilik, rəqəmsal transformasiya, insan kapitalı və yeni texnologiyalar iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı artımın təmin edilməsi baxımından mühüm istiqamətlərdir. Forum çərçivəsində səsləndirilən fikirlər və imzalanan sənədlər isə bu potensialın konkret investisiya və əməkdaşlıq layihələrinə çevrilməsi üçün yeni imkanlar yaradır.


Arzu Rəhimova,
Pirallahı Rayon İcra
Hakimiyyətinin əməkdaşı

 

 

 

Oxşar Xəbərlər

Back to top button