Siyasət

Azərbaycanın müdafiə naziri “Qış təlimi – 2023” təlimini izləyib

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qış təlimi – 2023” beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi – 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.

Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər.

Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər.

Qeyd edək ki, bu il yanvarın 18-dən fevralın 3-dək keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.

Oxşar Xəbərlər

Back to top button