Analitika

Azərbaycanın haqlı mübarizəsində 10 noyabr bəyanatı

Azərbaycan Respublikasının son illər tarixinin ən şanlı günlərini yaşayır. Bunlardan biri də İkinci Qarabağ müharibəsidir. 2020-ci 27 sentyabr tarixində başlayan Vətən müharibəsi 10 noyabr 2020-ci ildə ölkəmizin qələbəsi ilə başa çatmışdır.  Azərbaycan öz tarixi ədalətini bərpa etdi və haqlı mübarizəsində qələbə çaldı.  Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərər verildi.  Qazanılan qələbə xalqın birliyinin, həmrəyliyinin təcəssümüdür. Bunlarla yanaşı, xalq və ordunun Ali Baş Komandana olan etimadının və inamının göstəricisidir.

44 günlük Dəmir Yumruq əməliyyatından sonra Azərbaycan və Ermənistan arasında 10 noyabr bəyanatı imzalandı. Bəyanata əsasən müharibənin hərbi mərhələsi sona çatdı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bununla da rəsmi İrəvanın regionun inkişafına zərər verən işğalçı siyasətinin qarşısı alındı.  Regionun inkişafına müsbət təsir göstərən müqavilələr imzalanmış, müxtəlif sahələr üzrə əsaslı müttəfiqliklər yaranmışdır. Bunların ən böyük nümunəsi isə 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Şuşa bəyannaməsinin imzalanmasıdır.  Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış bu müqavilə iki dost və qardaş dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində böyük addımdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yeritdiyi mükəmməl daxili və xarici siyasətə əsa Ermənistan-Azərbaycan münaqişəsi tamamilə başa çatıb. Ölkəmiz həm döyüş meydanında, həm də masa arxasında öz qüdrətini göstərdi və istədiyinə nail oldu. Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin bütün sərhədlərində Vətənin keşiyində durur. İşğaldan azad olunmuş bütün torpaqlarımızda Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button