Analitika

Azərbaycanın dünyanın enerji məkanında kifayət qədər vacib əhəmiyyətə malik ölkə olduğunu bariz şəkildə nümayiş etdirir.

Qlobal enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan dünya miqyasında həm də əsas tranizit məkanlardan biri hesab edilir. Azərbaycanın tranzit imkanları təkcə enerji ehtiyatlarının yox, həm də digər yükdaşımaların həyata keçirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin keçdiyi əsas ölkələrdən biri kimi çıxış edir. Ölkənin tranzit əhəmiyyətinin beynəlxalq miqyasda xüsusi çəkiyə malik olduğunu dünyanın enerji xəritəsinə diqqət yetirməklə də əyani görmək mümkündür. Xüsusən də Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Qərb bazarlarına çatdırılması üçün alternativ ixrac marşrutlarının keçdiyi əsas ərazinin məhz Azərbaycan olması ölkəmizin tranzit potensialına beynəlxalq diqqətin daim yüksələn xətt üzrə inkişafına səbəb olur.  Bu sahədə aparılan məqsədyönlü və uzaqgörən siyasət, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan hazırda mühüm nəqliyyat dəhlizləri Şərq – Qərb, Şimal – Cənub marşrutları üzrə önəmli bir qovşağa çevrilib. Hazırda bu istiqamətlərdən keçən bütün yollar Azərbaycanda birləşir. Tarixi ipək yolunun bərpasından sonra Azərbaycan Şərqlə Qərbi birləşdirən tranzit bir ölkə sayılır. İpək yolunun bərpasında Azərbaycan həm təşəbbüsçü kimi, həm də ilk dəfə bu istiqamətdə mühüm işlər görən bir ölkə kimi tarixə düşüb.Bugünkü hasilat, demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin.  Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə də Prezident İlham Əliyev vurğulayıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45% artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Azərbaycanın dünyanın enerji məkanında kifayət qədər vacib əhəmiyyətə malik ölkə olduğunu bariz şəkildə nümayiş etdirir. Belə vəziyyət həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button