Analitika

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı

Bəzən adama elə gəlir ki, hər hadisəni, hər olayı müəyyən zaman müddəti unutdurur. Amma başımıza gələn, gətirilən, elə dəhşətli hadisələr var ki, illər yox, qərinələr keçsə də nəinki unudulur, əksinə, getdikcə daha da artıq dərdlərə mübtəla edir.

Bu günü Azərbaycan xalqı uzun illər idi ki, səbirsizliklə gözləyirdi. 28 il düşmən işğalı altında qalan daha bir yurd yerimizin heç bir itki vemədən azad olunması Azərbaycanın növbəti diplomatik qələbəsidir. Kəlbəcər dəniz səviyyəsindən 3000-3700 m hündürlükdə yerləşir. Sahəsi 1936 kv, km olan bu rayonumuz Azərbaycanın dilbər guşələrindən, qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqları da Kəlbəcər ərazisində yerləşir.

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İSTİSUDUR.

Ermənilərin Kəlbəcərdə dağıtdıqlarını bu gün Azərbaycan dövləti öz gücünə bərpa edir. Hazırda Kəlbəcər rayonu da yeni inkişaf dövrünü yaşayır. Rayonda infrastruktur layihələri icra olunur.İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Doğma Qarabağımızın 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad olunması nəticəsində yurd həsrətimizə son qoyuldu. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır! – Prezident İlham Əliyev

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button