Gündəm

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Klinika”da “Heydər Əliyev İli” çərçivəsində geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.

Globalnews.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Nizami rayonuna səfərlərini əks etdirən foto-sərgiyə baxıb, sonra Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ulu Öndər Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

Konfransda həmçinin Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətindən bəhs edən “Əsrin adamı” video-filmi nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button