AnalitikaGündəmSiyasət

Azərbaycanın Çinlə enerji sahəsində əməkdaşlığı perspektivlidir

Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibəsində  Azərbaycan ilə Çin arasında olan səmimi münasibətlərdən , bağlanmış iqtisadi müqavilə və layihələrdən bəhs edərək “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir” söyləmişdir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var. Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır.

Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və bu mövqedən çıxış edərək çoxtərəfli beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Çin ilə sıx əlaqələr ölkəmizin qlobal miqyasda iqtisadi və siyasi nüfuzunu daha da artırır. Dövlətimizin çoxtərəfli siyasət sahəsində uğurları təkcə ŞƏT ilə əməkdaşlıqla məhdudlaşmır. Ölkəmiz Qoşulmama Hərəkatında fəal rol oynamış və bu hərəkatın əsas prinsiplərinə – suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik və ədalətə sadiqliyini ardıcıl olaraq nümayiş etdirmişdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri”nin təşviqinə və qorunmasına xüsusi diqqət yetirmişdir.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Seyidbəyli Fəridə,
Sabunçu rayonu, 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 

Oxşar Xəbərlər

Back to top button