Siyasət

Azərbaycanda “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanıb

Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanıb.

Globalnews.az “Report”a istinadən xəbər verir ki, bu məsələ parlamentin Mədəniyyət komitəsinin yaz sessiyasının iş planına daxil edilib.

Komitənin bugünkü iclasında məsələ müzakirəyə çıxarılacaq.

Q.Paşayeva bildirib ki, yeni qanun layihəsi ilə bağlı mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli ilə geniş müzakirə aparılıb: “Qanun layihəsi Mədəniyyət Nazirliyi ilə ortaq şəkildə hazırlanıb. Nazirlik yeni qanun layihəsinin qəbuluna müsbət yanaşır. İlk olaraq parlamentdə yaradıcı təşkilatların mütəxəssislərinin iştirakı ilə dinləmə keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova da dinləmənin keçirilməsini dəstəkləyib. Dinləmələrlə əlaqəli işçi qrup da yaradılacaq. Yeni layihə dinləmədən sonra komitənin müzakirəsinə çıxarılacaq. Ümid edirik ki, yaz sessiyasında qanun layihəsi plenar iclasa tövsiyə oluna biləcək”.

Oxşar Xəbərlər

Back to top button