Analitika

Azərbaycanda ordu quruculuğu özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. İndi Azərbaycanda ordu quruculuğu özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir. Ulu öndərin öyüd-nəsihətlə dediyi Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir” sözləri müdrik bir tövsiyə kimi ordu quruculuğu prosesində uca tutulur. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir: Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur.

Bir xalqın, bir dövlətin varlığını təsdiq edən amillərdən biri də ordudur. Bu ordunun əsasını xalqın yetişdirdiyi igid, qeyrətli, vətənpərvər övladlar təşkil edir. O övladlar ki Vətən, torpaq yolunda canlarından keçməyə hər an hazırdırlar.  Xalqımız həmişə belə vətənpərvər övladları ilə fəxr edib və edəcəkdir. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: ‘‘Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır… Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir’’. Bu birliyi tarixboyu torpaqlarımızı yadellilərdən qoruyan qeyrətli igid oğul və qızlarımızın şücaətində görmüşdük. Lakin 44 günlük şanlı Vətən müharibəsində bu birlik “Dəmir yumruq” olub düşmənin başını əzdi, illərlə həsrətini çəkdiyimiz torpaqlarımız qüdrətli ordumuzun gücü, cəsarəti hesabına düşmən tapdağından azad edildi.

Bu gün dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ölkəmiz müdafiə sənayesi sahəsində günü-gündən inkişaf edir. Mühüm əməkdaşlıqlar nəticəsində hərbi arsenala müasir texnika və silahlar alınır, ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzun potensialının möhkəmləndirilməsinə xidmət edir.

Bizim Rəşadətli Ordumuz dünyanın ən güclü ordusu olduğunu dəfələrlə sübut edib. Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button