Azərbaycanda milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən olduğunu daha təsdiqləyir.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə təbrikində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, ötən müddətdə aparılan işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirib, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynayıb.
Təbrikdə vurğulanır ki, göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib.