Gündəm

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib

UNEC- in 3000-dən çox tələbəsi olan “İqtisadiyyat və idarəetmə” fakülfəsi və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024- cü ilin “Yaşıl Dünya Naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.

Globalnews.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən “İqtisadiyyat və idarəetmə “fakültəsinin dekanı Elçin Eyvazov konfransın həsr olunduğu mövzunun aktuallığından bəhs edib.

UNEC QƏTM-nin direktor müavini “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri, i.e.d.Təranə Kərimova Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafında yeni dövrün başlandığının bəyan etdiyini vurğulayaraq, milli ideyaların formalaşması üçün “Yaşıl İqtisadiyyat”, “Yaşıl enerji”, “Rəqəmsal Azərbaycan “ platformalarını inkişaf etdirməyin əhəmiyyətindən və ölkəmizin qlobal çağırışlara adekvat dayanıqlılıq sərgiləməsindən bəhs edib.

“Ekoloji maarifləndirmə və monitorinq” ictimai birliyinin rəhbəri Qəmzə Yusifova ermənilər tərəfindən həyata keçirilən ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, biomüxtəlifliyinə, flora və faunasına, həmçinin su mənbələrinə dəymiş zərərlərə toxunaraq, Azərbaycan ərazilərində beynəlxalq hüququn prinsiplərinin pozulmasından bəhs edib. O, Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi fəsadlara yol açdığını bildirib.

Məruzə və çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Oxşar Xəbərlər

Back to top button