Siyasət

Azərbaycan XİN: Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırırıq

Fransada Prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

“Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, – deyə A.Hacızadə qeyd edib.

Oxşar Xəbərlər

Back to top button