Siyasət

Azərbaycan XİN: Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək

Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək. Onun qeyri-konstruktiv yanaşmasını hazırda da müşahidə edirik. Ötən ilin sonunda Laçın yolunda olan hadisələrlə bağlı da qeyri-konstruktiv yanaşmanın şahidi oluruq.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan bu yolda qeyri-qanuni əməllər törədib. Görürük ki, yüksək siyasi rəhbərlik səviyyəsində onlar bütün məsuliyyəti Rusiyanın və Azərbaycanın üzərinə qoymaq istəyirlər. Biz üçtərəfli Bəyanatın tələblərinin yerinə yetiriləcəyinə inanırıq.

Oxşar Xəbərlər

Back to top button