Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur
Hər bir xalqın, millətin var olma səbəbləri içərisində onun tarixi, mədəniyyəti olduğu kimi həm də bu tarixi, mədəniyyəti yaradan və ya onu qoruyub gələcək nəsillərə ötürə bilən Dahisi vardır. Elə Dahi ki, onu hər hansı bir zaman epoxuna sıxışdırmaq olmaz. Heydər Əliyev belə Şəxsiyyətlərdən biri, bəlkə də birincisidir.
1923- cü ildə Naxçıvanda anadan olan Heydər Əliyev 1944-1969-cu illər ərzində dövlət təhlükəsizlik orqanlarında işləmiş, hətta 1967-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunan ilk azərbaycanlı kimi tarixə düşmüşdür. Həmin ildə o, həmçinin general-mayor rütbəsini də əldə etmişdir.
1969-cu ildə Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu dövrdən etibarən Azərbaycan siyasi, iqtisadi, mədəni sahədə əldə etdiyi nailiyyətlərə görə keçmiş Sovetlər Birliyində ilk pillələrdə olmuşdur. Belə ki dərhal Sovet məkanında ilk dəfə olaraq rüşvətxorluğa, korrupsiyaya qarşı açıq mübarizə aparmış, qanuncerici orqanlara ən layiqli şəxslərin seçilməsinə nail olmuşdur. Respublikaya ilk rəhbərliyi dövrdə iqtisadi sahədə respublikamız o dövrədək misli görünməmiş inkişafa nail oldu. Belə ki 250 çox fabrik, zavod, 600 mindən çox yeni iş yeri, sənaye istehsali və kənd təsərrüfatı istehsalı 3 dəfəyədək artdı. Respublika elektrotexnika sənayesinin flaqmanı sayılan Bakı məişət kondisionerləri zavodu SSRİ-də ən böyük məişət kondisioner zavodu idi. 1971-ci ildə Kür suyunun Bakıya gəlməsinin təmin edilməsi misilsiz hadisə idi.
Bu hadisə həmçinin regionlarda yeni su kanallarının çəkilişi fonunda idi. Yəni diqqətdən kənar bir region belə qalmamışdı. Xalqın enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpasını ilmə-ilmə, addım-addım edirdi. Bununla soykökə qayıdış, müstəqillik rüşeymlərini xalqın beyni və ürəyinə salırdı. Məhz milli mənəvi dəyərlərə böyük önəm verməsi yuxarıda qeyd etdiyim məsələnin sübutudur. Bir-birinin ardınca Aşıq Ələsgərin, Aşıq Alının anadan olma il dönəmlərinin təşkili, həmçinin erməni fitnəkarlığının qarşısını öncədən alaraq Nizami irsinin öyrənilməsinin təşkili, Hüseyn Cavidin nəşinin Sibirdən Naxçıvana gətirilməsini təmin etmək xalqın qarşısında misilsiz xidmətlərinin yalnız bir hissəsidir. Erməni xislətinə gözəl bələd olan H.Əliyev Şuşanı hər vəchlə umumittifaq kurort zonasına çevirməkdə israrlı idi. Belə ki Şuşada Molla Pənahın qəbri üzərində məqbərə, Ü.Hacıbəyli, Bülbülün ev muzeyləri, Natəvanın heykəlinin ucaldılması təsadüfü deyildi. Kəlbəcəri perspektivsiz rayon etməklə Azərbaycandan qoparmağa və ərazisini otlaq kimi mütəffiq respublikalar arasında bölməyə çalışan erməni və havadarlarına qarşı qətiyyət və mərdliklə duraraq 1977-ci ildən rayonun hərtərəfli inkişaf planını həyata keçirdi.
H.Əliyevin azərbaycançılıq idelogiyasının ana xəttini dilimizə verdiyi önəm idi. Belə ki 1974-cü ildə dilçilik üzrə bir qrup alim Dövlət mükafatına layiq görüldü, həmən ardınca 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasında Azərbaycan dili dövlət dili statusunu qazandı
SSRİ israrla hərbi kadrların olmaması üçün hərşeyi edirdi. Çox ciddi manelərə baxmayaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoya bilmişdir. Zənnimcə bu xalqı qarşısında ən böyük tarixi xidməti idi. 1982-ci ildə SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini vəzifəsinə yüksəlir. SSRİ kimi nəhəng dövlətin iyerarxiyasında Azərbaycan oğlunun belə bir vəzifə tutması qürurverici idi.
20-ci əsrin 90-cı illərin əvvəli Azərbaycan xaos, qarışıqlıq dövrünü yaşayır, xalq öz xilaskarını siyasi arenaya dəvət edir və H.Əliyev ikinci dəfə hakimiyyətə gəlir. 1993-2003 cü illərdə artıq müstəqil Azərbaycanı qurur. 1988-ci ildən başlayan Qarabağ münaqişəsində vaxtı öz xeyrimizə dəyişmək üçün uğurlu addım atılır – atəşkəs imzalanır. Bir neçə ay sonra “iqtisadi möcüzə”mizi imzalayır. Əldə edilən gəlir hesabına iqtisadi, sosial layihələr həyata keçirilir, Azərbaycan dünyaya günəş kimi işıq saçmağa başlayır. Hüquqi dövlət quruculuğunda ilklərə imza atılır (ilk konstitusiya qəbul edilir, parlament fəaliyyətə başlayır).
Beynəlxalq arenalarda ciddi nailliyətlər əldə edilir. 1996-cı ildə ATƏT-in Lissabon samitində dünyanın 53 dövləti (Ermənistandan başqa bütün ölkələr) Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu torpaqlarının 20 faizinin işğal altında olan dövlət üçün misilsiz uğur idi. Həmçinin H.Əliyev BMT nin minilliyin son samitində çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədir.
Dünya Azərbaycanlılarını bir yumruq altında vəhdət görmək ən böyük xəyalı olan Dahi Dünya Azərbaycanlılarının ilk qurultayını Bakıda keçirtməklə gələcək nəsillərə böyük irs, dərs qoydu. İrsin adı AZƏRBAYCAN, dərsin adı AZƏRBAYCANÇILIQ…. Fikrimcə bu iki məfhum durduqca HEYDƏR ƏLİYEV adı qoşa çəkiləcəkdir!
Məmmədova Aysel,
Xəzər rayonu, 136 saylı məktəbin müəllimi