AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Ömrünün çox hissəsini öz xalqına, dövlətinə həsr edən Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini işləyib. Sonra isə general-mayor rütbəsinə qədər yüksəlib. Daha sonra Heydər Əliyev Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan tutduğu vəzifələsindən istefa etdi.

Ulu öndər Heydər Əliyev artıq 1990-cı ildən yenidə Azərbaycana qayıdaraq Ali Sovetinə deputat seçilmişdir. O, bu yolda yorulmayaraq 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi.

Azərbaycan 1993-cü ildə xaos qarşısında qalarkən yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən dahi şəxsiyyətdir.

Ümummilli lider, ölkə başçısı olduğu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində  layiqincə daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Əvəzsiz xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyev  2003-cu il 12 dekabr tarixində həyatla cismani vidalaşdı. Onun fiziki yoxluğundan neçə illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onu həmişə böyük ehtiramla yad edir. Onun mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir!

Əliyeva Tünzalə,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button