
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu yalnız 23 ay davam etsə də, bu qısa zaman kəsiyində dövlət quruculuğu sahəsində misilsiz nailiyyətlər əldə olundu. O dövrün çətinliklərinə baxmayaraq, Cümhuriyyət milli azadlıq, hüquq və demokratiya prinsiplərinə əsaslanan möhkəm təməllər qoydu.
Bu iki il ərzində yaradılan qanunvericilik bazası, idarəetmə sistemi və sosial islahatlar gələcək müstəqil Azərbaycanın inkişafında əhəmiyyətli rol oynadı. Qadınlara seçki hüququnun verilməsi və vətəndaş hüquqlarının tanınması kimi addımlar həmin dövrün ən qabaqcıl təşəbbüsləri hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqın milli şüurunu gücləndirdi və müstəqillik arzularını daha da dərinləşdirdi. Bu da sonradan Sovet İttifaqının süqutundan sonra yenidən müstəqilliyin bərpasına zəmin yaratdı.
Beləliklə, Prezident İlham Əliyevin sözləri ilə desək, 23 aylıq fəaliyyət tarixi baxımdan qısa olsa da, Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik inkişafında rolu və əhəmiyyəti böyükdür və unudulmazdır.
Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı