AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam arasında imzalanan çoxsaylı sənədlər və sazişlər ikitərəfli əməkdaşlıq üçün hüquqi baza formalaşdırır

Uzaq şərqdən gələn gözəl təkliflər Azərbaycan dövlətinin bugünki, nüfuzunu göz önünə gətirir. Yaxın zamanlarda dövlət başçımızın Çinə səfəri və bugünlərdə Vyetnam Kommunist partiyasının Baş katibi cənab Lamın Azərbaycana səfəri buna baris nümunədir. Cənab Lamın gəlişindən əvvəl Prezidentimiz “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində yarım əsrlik dostluq münasibətlərimizdən danışmışdır. Ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zamanda 1983-cü ildə Vyetnama olan səfəri ölkələrimiz arasındakı qədim əməkdaşlıqdan xəbər verir. Vyetnam ilə ticarətimizdə başlıca yeri neft sahəsi tutub, bu səbəbdəndir ki, Vyetnamın neft sənayesinin yaradılmasında Sovet ittifaqının köməyi, Azərbaycan SSR-in rolu böyük olmuşdur, 1981-ci ildə yaradılmış “Veso Petrol” şirkətinin ilk baş direktoru da azərbaycanlı Cəlal Məmmədov olub.

Prezidentimiz müsahibəsində iki dövlət arasında aktual olan mövzulara toxunmuşdur. Turizm, təhsil, mədəniyyət, sahələrində də  əməkdaşlığımızın inkişaf etdirilməsi diqqətə çatdırılmışdır. Müsahibəsində diqqəti turizmə çəkən prezidentimiz İlham Əliyev demişdir: “Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir”.

Dövlət başçımız hələ sovet dövründən Azərbaycanda təhsil  almış 5 minə yaxın Vyetnam vətəndaşlarından da bəhs etmişdir. O müsahibəsində bildirmişdir ki, Azərbaycanda təhsil almış həmin vyetnamlıların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələri tuturlar. Hal-hazırda isə Vyetnamlı gənclərə       Prezidentimiz İlham Əliyev müraciət edərək bildirmişdir ki,“- Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlməsinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.

Müsahibədən bir gün sonra ölkəmizə səfərə gələn Vyetnam Kommunist partiyasının baş katibi To Lam Azərbaycanda olarkən 5 təkliflə çıxış etmişdir. O ilk öncə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist partiyaları arasındakı əlaqələrin fəal olmasını yeni mexanizmlərin yaradılmasını təklif etmişdir. 2-ci məsələ İqtisadi Əməkdaşlıq, əmtəə dövriyyəsi, sərmayənin artırılması, kənd təsərrüfatında, nəqliyyat yollarında əməkdaşlığın artırılmasını, 3-cü olaraq Müdafiə və Təhlükəsizlik sahələrindəki əlaqələrin genişləndirilməsini, 4-cü olaraq Mədəniyyət, İdman-Turizm,Təhsil barəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini, 5-ci məsələ isə “Qoşulmama hərəkatı”, “BMT”, “ Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi – AQEM” kimi təşkilatlarda bir-birimizi dəstəkləməyimizin önəmini dilə gətirmişdir.

Səmayə Nəcəfova,
Xəzər rayonu 322 N-li tam orta məktəbin müəllimi    

Oxşar Xəbərlər

Back to top button