
Tacikistan Respublikası müstəqilliyini əldə etdikdən sonra keçdiyi çətin və şərəfli yol, bu gün regionun sabit və dinamik inkişaf edən dövlətlərindən birinə çevrilməsi ilə nəticələnmişdir. Bu uğurlu yolun başlıca memarı isə şübhəsiz ki, ölkə Prezidenti Emoməli Rəhmon olmuşdur. Onun uzaqgörən siyasəti, xalqına bağlılığı və yorulmaz fəaliyyəti sayəsində Tacikistan böyük sosial-iqtisadi, mədəni və siyasi nailiyyətlərə imza atmışdır.Tacikistanın müasir tarixində ən mühüm mərhələlərdən biri ölkədə sabitliyin və vətəndaş həmrəyliyinin təmin olunması olmuşdur. 1990-cı illərin əvvəllərində vətəndaş müharibəsinin yaratdığı dərin izləri aradan qaldırmaq, ölkədə barış və birlik yaratmaq üçün Prezident Emoməli Rəhmonun göstərdiyi səylər tarixi əhəmiyyət daşıyır. O, xalqı ətrafında birləşdirərək Tacikistanı çətin sınaqlardan çıxarmış, sülhün və əmin-amanlığın əsasını qoymuşdur.Bu gün Tacikistan iqtisadiyyatı davamlı inkişaf mərhələsindədir. İnfrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatının və sənayenin modernləşdirilməsi, enerji sektorunda həyata keçirilən irimiqyaslı layihələr ölkənin inkişaf dinamikasının əsasını təşkil edir. Xüsusilə Rogun Su Elektrik Stansiyasının tikintisi Tacikistanın enerji müstəqilliyinin təmin olunması yolunda atılmış mühüm addımdır. Bu layihə təkcə Tacikistan üçün deyil, bütün Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyır.Təhsil, səhiyyə və sosial təminat sahələrində həyata keçirilən islahatlar da ölkədə insan kapitalının inkişafına töhfə vermişdir. Prezident Rəhmonun rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları əhalinin rifah səviyyəsinin yüksəlməsinə, gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Tacikistanın mədəni irsi, tarixi abidələri və adət-ənənələri qorunub saxlanmaqla yanaşı, beynəlxalq aləmdə təbliğ olunur.Azərbaycan və Tacikistan arasında qardaşlıq münasibətləri tarixi köklərə dayanır. Hər iki xalqı ortaq dini və mədəni dəyərlər birləşdirir. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin sürətlə inkişaf etməsi sevindirici haldır. Dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.Bu əlamətdar dövrdə, Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu əldə olunmuş uğurlar münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Arzu edirəm ki, Tacikistanın inkişaf yolu daim açıq, xalqı firavan, ölkənin beynəlxalq nüfuzu daha da yüksək olsun. Qoy Tacikistanın sabitliyi, rifahı və tərəqqisi davamlı və dayanıqlı olsun. Qardaş xalqımıza sülh, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram.
Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,məsləhətçi