Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini əlaqələr iki ölkə arasında əlaqələrin əsasını təşkil edir
Artıq bir neçə ildir ki, Azərbaycanın Orta Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində canlanma müşahidə olunur. Son illərdə dünyada gedən proseslər ölkələrdən əməkdaşlıq, birgə tədbirlərin həyata keçirilməsini tələb edir. Bunu bu gün Azərbaycanın xarici siyasətində müşahidə etmək olar. Prezident İlham əliyevin 1-2 il ərzində Mərkəzi Asiyaya, o cümlədən regionun Türkdilli ölkələrinə ardıcıl səfərləri və bu dövlət başçılarının Azərbaycana səfərləri Türk Dünyası dövlətləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter daşımasını şərtləndirir. Səfərlər zamanı imzalanmış müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham əliyev bu barədə deyib: “təsadüfi deyil ki, mənim və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq da, bu məsələyə əlavə dinamizm bəxş etdiyimizi görə bilərik. Xüsusilə indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığın konkret məzmunla doldurulmasının zəruriliyi əsasında ümumi maraqlar ətrafında daha da sıx birləşməliyik”.
Şübhəsiz ki, bu gün Azərbaycan Prezidenti İlham əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan türk dövlətləri arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayır və bu prosesə böyük töhfə verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə səyləri və qətiyyəti sayəsində artıq 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan nefti fasiləsiz olaraq dünya bazarlarına çıxarılır. TANAP-ın əsasını təşkil edən Cənub qaz dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Mərkəzi Asiya dövlətləri arasında Azərbaycanın Tacikistanla münasibətləri xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. 2007 – ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycandakı səfirliyi açılıb. Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycan və Tacikistanın investisiya potensialının, həyata keçirilən layihələrin təqdimatları nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tacikistan Ticarət və Sənaye Palatası arasında, “Azərbaycanda qadın sahibkarlığının inkişafı Assosiasiyası” İctimai Birliyi ilə Tacikistan Milli işgüzar Qadınlar Assosiasiyası arasında, Azərbaycan Beynəlxalq mədən şirkəti ilə Tacikistan Talco Management şirkəti arasında, həmçinin Azərbaycan bank və Amonatbonk arasında anlaşma memorandumları imzalanıb. Azərbaycan Respublikası Prezidentinin Tacikistana hazırkı səfəri sayca beşinci səfərdir. Azərbaycan Prezidenti sonuncu dəfə 27-28 sentyabr 2018-ci il tarixlərində Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Tacikistan Respublikası Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupları fəaliyyət göstərir. Ölkələrimiz həm də tarixi dostluq əlaqələrini, siyasi, humanitar və digər sahələrdə münasibətləri birləşdirir. Ötən il Bakı və Düşənbə şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xucand və Gəncə şəhərləri qardaşlaşmış şəhərlərdir.
Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusən iqtisadi əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.
Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektivlər vəd edir və bunun üçün böyük potensial var.
Fikrət Orucov,
YAP-ın gənc fəalı