Siyasət

Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub

İyulun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button