Azərbaycan və Qazaxıstan münasibətləri əlaqələrimizin davamlığına və möhkəm təməlinə söykənir
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. “Cənab Prezidentin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı güclənir, genişlənir. Qazaxıstan Orta Asiyada kifayət qədər güclü dövlərdən biridi. Özünün nefti, qazı və digər ixracları kifayət qədərdi. Və bizim də imkanımız var ki, Qazaxıstan neftini Azərbaycan neft kəmərləri vasitəsilə Avropaya çıxaraq. Son vaxtlar Rusiya tərəfindən Qazaxıstana neftin ixracı ilə, qazla əlaqədar müəyyən təkliflər oldu. O təkliflərin əksəriyyəti də qəbul olunmadı. Qazaxıstan Azərbaycanla dost münasibəti olduğu üçün, Türk Dövlətlər Birliyinin iştirakçısı olduğu üçün əlbəttə buna daha üstünlük verirlər” – deyə millət vəkili bildirdi. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun təzahürüdür. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Qazaxıstan xalqları arasında dostluq və qardaşlıq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf edir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, Astanada dövlət başçılarının geniş tərkibdə görüşü və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması bu əlaqələrin davamlığına və möhkəm təməl üzərində qurulmasına söykənir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı