Azərbaycan və Pakistanın birgə ticarəti artacaqdır
İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şəriflə təkbətək və geniş tərkibdə görüşü olub.Prezident Əliyev Pakistan Baş nazirinə Azərbaycan ərazilərinin işğalı və İkinci Qarabağ Müharibəsi zamanı Pakistanın göstərdiyi dəstəyə, həmçinin ərazi bütövlüyünün bərpasına göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Baş nazir Pakistanın işğal səbəbindən
Ermənistanla diplomatik münasibətlər qurmaqdan çəkinən qardaş ölkə kimi mövqeyini vurğulayıb. Əliyev həmçinin Pakistanla ticarətin həcmini artırmağa və bununla bağlı anlaşma memorandumu imzalamağa hazır olduğunu bildirib. O, həm ənənəvi, həm də bərpa olunan enerji sektorlarında iki ölkə arasında əhəmiyyətli əməkdaşlıq potensialını vurğulayıb. “Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək. İqtisadi əlaqələrdən danışarkən Şərif deyib ki, Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. “Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik.
Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var”, – o qeyd edib. Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır”, – Əliyev qeyd edib.
Görüş zamanı Prezident Əliyev və Baş nazir Şərif Pakistan və Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə oxşar mövqelərə malik olduğunu təsdiq ediblər. Şahbaz Şərif iki xalq arasında qarşılıqlı dəstək, səmimiyyət və etimada əsaslanan münasibətlərin qardaşlıq xarakterini təsdiqləyib. İyunun 15-də Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə də görüşüb.
Bağırova Nigar,
Xəzər rayonu 262 nömrəli tam orta məktəbin müəllimi