Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın baş naziri İrakli Kabaxidzenin görüşü keçirilib. Baş nazir İrakli Kabaxidzenin ölkəmizə səfəri xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı hər iki ölkə üçün əhəmiyyət daşıyan müxtəlif məsələlər müzakirə olunub. Görüşdə bildirilib ki, Gürcüstan və Azərbaycan xalqı bir-biri ilə daim siyasi və iqtisadi əlaqədə olmuşdur. Bizim xalqlarımızın dostluğu əsrlərə dayanır. Hər iki dövlət arasında hər zaman dostluq və qardaşlıq münasibəti olmuşdur.
Eyni zamanda ölkələr arasında enerji mübadiləsi də əhəmiyyətli rol oynayır. Bu görüş hər iki dövlət arasında yeni iqtisadi əlaqələrin yaranmasına şərait yaradıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər. Bundan sonra iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsi üçün yeni layihələr haqqında müzakirələr aparılıb. Azərbaycan və Gürcüstan arasında siyasi əlaqələr çox güclü bir əsasa dayanır. Hər iki ölkənin rəhbərləri arasındakı qarşılıqlı etimad və davamlı dialoq, iki dövlətin gələcəkdəki əməkdaşlığının əsasını təşkil edir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri zamanı etdiyi bəyanatlar bu əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımların atılacağını göstərir.
Sahibova Leyla,
322 saylı tam orta məktəbin müəllimi