AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq modeli regionda müsbət nümunədir

Bu gün Azərbaycan və Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasındakı görüş bu əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadı. Parlament seçkilərindən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu addım Azərbaycan-Gürcüstan əlaqələrinin strateji əhəmiyyətini vurğulayır. Hər iki ölkənin hökumət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və beynəlxalq platformalarda birgə əməkdaşlıq siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Mədəni sahədə Gürcüstan və Azərbaycan arasındakı əlaqələr mütəmadi olaraq yeni layihələrlə zənginləşir. Hər il iki dövlətin mədəniyyətinin təbliği məqsədilə festivallar, sərgilər və konsert proqramları təşkili əhəmiyyətlidir. Bundan başqa, turizm sahəsindəki çoxtərəfli münasibətlər hər iki xalqı bir-birinə daha yaxın edir. Gürcüstanın dağıtı xizək turizmi və Azərbaycanın tarixi abidələri iki xalq arasında turizm axınını şərait yaradan amillərdir.

Təhsil sahəsində iki dövlət arasındakı münasibətlər özəlliklə son illər artan təqaüd proqramları və öyrənci mübadiləsi vasitəsilə yeni imkanlar yaradır. Hər iki dövlət universitetləri arasında elmi araşdırmalar və birgə konfranslar ətrafında Ərtəqə münasibətlər yaradılır.

Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq modeli regionda müsbət nümunədir. Tarixi, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr regionun ümumi rifahı üçün vacibdir. Geosiyasi önəmə malik bu iki qonşu dövlət dostluq köprüsünü gücləndirərək gələcəyə daha ümidli baxır.

Azərbaycan və Gürcüstan xalqları arasında mədəni-humanitar əlaqələr tarixi köklərə əsaslanır. Parlamentlərarası əlaqələr və birgə hökumətlərarası komissiyalar bu sahələrdə də sıx əməkdaşlığı təmin edir. İki ölkənin xalqları arasında olan dostluq və qardaşlıq münasibətləri mədəni əməkdaşlığı daha da gücləndirir. Qeyd olunmalıdır ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq regionda və qlobal səviyyədə əhəmiyyətli rol oynayır. Qarşılıqlı inam və əməkdaşlıq prinsipləri əsasında qurulan bu münasibətlər gələcəkdə daha da dərinləşəcək və genişlənəcək.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button