
Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verdi. Bu müsahibə, Azərbaycanın dünya siyasətində artan rolunun və Cənab Prezidentin qlobal gündəmdəki nüfuzunun növbəti göstəricisi oldu.Müsahibə zamanı Prezident Əliyev Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən, bölgədəki geosiyasi proseslərdən və ölkəmizin beynəlxalq tərəfdaşlarla, xüsusilə Çinlə əməkdaşlığından bəhs etdi. O, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri, həmçinin Orta Dəhliz layihəsinin strateji əhəmiyyətini xüsusi vurğuladı .Prezidentimizin fikirlərindən aydın hiss olunurdu ki, Azərbaycan təkcə enerji sektoru ilə deyil, həm də nəqliyyat-logistika sahəsində bölgənin aparıcı gücünə çevrilməkdədir. Azərbaycanın təşəbbüsləri nəticəsində Asiya ilə Avropa arasında mühüm bir ticarət körpüsü formalaşıb və bu, ölkəmizin qlobal iqtisadiyyatda çəkisini daha da artırır.Digər tərəfdən, Prezident Əliyevin müsahibədə regional sülh və təhlükəsizlik məsələlərinə toxunması da diqqət çəkdi. O, Azərbaycanın hər zaman beynəlxalq hüquqa əsaslanan siyasət yürütməsini və regionda sabitliyin möhkəmlənməsinə töhfə verdiyini bir daha vurğuladı.Prezident İlham Əliyevin bu müsahibəsi ölkəmizin gələcək inkişaf perspektivləri baxımından böyük ümidlər verir. Azərbaycanın prinsipial, eyni zamanda çevik və uzaqgörən siyasəti beynəlxalq arenada daha çox dəyər qazanır. Müxtəlif məzmunlu sualları cavablandıran Möhtərəm Cənab Prezident ölkəmizin beynəlxalq sistemdə tutduğu mövqedən və yürütdüyü uğurlu xarici siyasətdən bəhs edərək vurğulamışdır ki, Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür. Müsahibəsi zamanı xüsusi olaraq Azərbaycan-Çin münasibətlərinə toxunan cənab Prezident xüsusi vurğulamışdır ki, strateji tərəfdaş olan Azərbaycanla Çin arasında münasibətlər qarşılıqlı etimada və milli maraqlara əsaslanır. Hər iki dövlətin müxtəlif sahələri əhatə edən münasibətləri regionda sülh və qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edir. Cənab Prezident Çinə son səfəri zamanı Azərbaycanla – Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətindən bəhs edərək vurğuladı ki, məhz bu Bəyanat nəticəsində biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Dövlətimizin başçısı son illərdə Çinin beynəlxalq sistemdə tutduğu mövqeyi yüksək qiymətləndirərək qeyd etmişdir ki, ölkəmiz hazırda yeni dünya düzənində öz layiqli yerini tutmaqdadır və Azərbaycan dövləti çoxtərəfliliyin güclü tərəfdarıdır.Hazırda yüksələn xətlə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin dərinləşməsində hər iki dövlət rəhbərinin iradəsi mühüm rola malikdir. Möhtərəm cənab Prezidentin Çinə son səfəri və səfər çərçivəsində keçirilmiş görüşlər, müzakirə olunmuş mühüm məsələlər və imzalanmış sənədlər iki dövlət arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasının bariz sübutudur. Müsahibə zamanı Prezident İlham Əliyevin masasına qoyulan su və armudu stəkanda çay diqqət çəkib.Masanın üzərinə Kəlbəcərin “İstisu”yu, bütöv bir limon və armudu stəkanda çay qoyulub. Bunlar Azərbaycanın milli atributlarıdır. Bu isə azad olunmuş ərazilərin investisiya potensialının marketinqi, eyni zamanda, ərazilərimizin işğaldan azad olunması mesajının verilməsi baxımından maraqlıdır. Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb. Həmin gəncin orada fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil aldığını və özünə yeni bir gələcək qurduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN telekanalına verdiyi müsahibədə ölkəsinin “Vahid Çin” siyasətinə dəstəyini bir daha ifadə edib. İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan Tayvanda keçirilən qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən biri olub. Prezident əlavə edib ki, Azərbaycanla Çin arasında imzalanmış “hərtərəfli strateji tərəfdaşlıq” haqqında Bəyanat yalnız siyasi məsələləri deyil, ticarət, daşımalar, humanitar əməkdaşlıq və xalqlararası əlaqələri də əhatə edir: “Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır””, – deyə cənab İlham Əliyev vurğulayıb.
Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin tarix müəllimi