
2023-cü il iyulun 3-də imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycan və Çin arasında diplomatik münasibətlərin inkişafında yeni dövrün başlanğıc nöqtəsi oldu. Bu sənəd təkcə siyasi akt deyil, həm də iki ölkənin gələcəyə olan baxışının, qarşılıqlı güvənin və ortaq maraqların rəsmi təsdiqidir. Məhz bu səbəbdən bəyannamə tarixi hadisə kimi qiymətləndirilir.
Sənədin məzmunu tərəfdaşlığın yeni çalarlarını müəyyənləşdirir: texnologiya sahəsində birgə layihələr, təhsil mübadiləsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və enerji əməkdaşlığı. Bu çərçivə, münasibətləri daha strukturlaşdırılmış və məqsədyönlü bir xəttə yönəldir. Əməkdaşlıq sadəcə dostluq münasibətlərindən çıxaraq, strateji planların bir hissəsinə çevrilir.
Yeni səhifə açmaq sadəcə simvolik ifadə deyil. Bu addım, Asiya və Qafqaz arasında əlaqələrin güclənməsinə, sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Çin münasibətlərində bu imza, sadəcə keçmişin nəticəsi deyil, gələcəyin əsasıdır.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı