Analitika

Azərbaycan -Türkiyə qardaşlıq əlaqələri, yeni imkanlar və yeni üfiqlərə açılan yollar

Azərbaycan və Türkiyə prezidentləri bir araya gəldikdən sonra strateji tərəftaşlıq şurasının iclası keçirildi. Bu iclasda bir sıra sənədlər imzalandı. Bu sənədin Şuşada imzalanması, təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”

Türkiyə və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəyini deyən İlham Əliyev bildirib ki, bu birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır: “O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bugünkü dünyada güc amili ön plana çıxır: “Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq”.

İki ölkənin ticarət dövriyyəsinin də sürətlə artaraq 6 milyard dollara yaxınlaşdığını diqqətə çatdıran İlham Əliyev bildirib ki, birgə həyata keçirəcəyimiz layihələr, xüsusilə enerji sahəsində işbirliyi bunu daha da artıracaq: “Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq…”.

Əliyev Adil,
Xəzər rayonu, 124№-li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button