
Tarixi sınaqlardan çıxmış Azərbaycan-Türkiyə qardaşlığı bu gün hərbi və siyasi sahə ilə yanaşı, media və informasiya müstəvisində də ən yüksək səviyyədə, strateji müttəfiqlik formatında inkişaf etdirilir. 2020-ci il dekabrın 10-da Bakıda imzalanmış və Milli Məclis tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu bu sahədə mühüm tarixi əhəmiyyət kəsb edir.
Bu razılaşma çərçivəsində yaradılması nəzərdə tutulan Birgə Media Platforması iki ölkənin beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə, koordinasiyalı mübarizə aparmasını təmin edir. Platforma iki qardaş ölkənin media sahəsində bilik və təcrübə mübadiləsini xeyli intensivləşdirmişdir.
Bununla yanaşı, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, həmçinin peşə təhsili proqramlarının təşkili qlobal informasiya müharibəsində həm Azərbaycanın, həm də Türkiyənin səsini daha gur və əmin edir.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



