![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/meqale2-23-1.jpg)
Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. TDT çərçivəsində Afrika ölkələri ilə ortaq layihələrin həyata keçirilməsi, xüsusilə nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. Bundan əlavə, Azərbaycan Türk dünyasının Afrika ilə siyasi, iqtisadi və mədəni əməkdaşlığının dərinləşdirilməsində fəal rol oynayır.
Azərbaycanın təşəbbüsü ilə təşkil edilən beynəlxalq tədbirlər və forumlar vasitəsilə Afrika və Türk dövlətləri arasında əlaqələr genişlənir. Afrika ölkələri ilə ticarət dövriyyəsini artırmaq, investisiya imkanlarını dəyərləndirmək və strateji tərəfdaşlığı inkişaf etdirmək üçün Azərbaycan müxtəlif iqtisadi platformalar yaradır. Həmçinin Azərbaycanın dəstəyi ilə Afrika ölkələri türkdilli dövlətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi və infrastruktur layihələrində iştirak etməyə başlayır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mədəni sahələrə təsir edərək, Afrika və Türk dünyası arasında tarixi və sosial bağları möhkəmləndirir.
Son illər böyük dövlətlərin Afrika qitəsinə maraqları artıb. Bir sıra dövlətlər Afrika ölkələri ilə müqavilələr imzalayırlar, ortaq layihələr reallaşdırırlar. Dünyanın güclü ölkələrindən olan Çinin də Afrika ölkələrinə yatırımları var. Türkiyədə son illərdə Afrika ölkələrini maraq dairəsinə alıb. Son illərdə Türkiyə xeyli Afrika ölkələri ilə diplomatik münasibətlər yaradıb. Əvvələr Fransa və ABŞ kimi ölkələr Afrika ölkələrinə koloniya kimi baxırdılarsa, indi isə Afrika ölkələri tam müstəqilliyə çalışırlar. İstənilən qitə, istənilən ölkə ilə tərəfdaşlığa ümid edirlər. Azərbaycanın da bir neçə Afrika ölkəsi ilə əlaqələri var. Somalidə baxmayaraq ki, elə də varlı dövlət deyil. Amma müəyyən qədər dünya dövlətləri ilə əməkdaşlığa maraq göstərir.
Elmar Allahverdiyev,
Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru